Faktla bağlı araşdırma aparılır.
Tut yığmaq üçün ağaca çıxan 58 yaşlı kişi yıxılaraq ölüb.
Ajans.az xəbər verir ki, hadisə Mingəçevirdə, Şəfa bağlar fərdi yaşayış massivində baş verib. 1967-ci il təvəllüdlü şəhər sakini Adıgözəlov Firdovsi İdris oğlu tut yığmaq üçün dırmaşdığı ağacdan müvazinətini itirərək yerə çırpılıb. Aldığı zərbələr onun üçün ölümcül olub.