Tut yığmaq üçün ağaca çıxan 58 yaşlı kişi yıxılaraq ölüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Mingəçevirdə, Şəfa bağlar fərdi yaşayış massivində baş verib. 1967-ci il təvəllüdlü şəhər sakini Adıgözəlov Firdovsi İdris oğlu tut yığmaq üçün dırmaşdığı ağacdan müvazinətini itirərək yerə çırpılıb. Aldığı zərbələr onun üçün ölümcül olub.
Faktla bağlı araşdırma aparılır./Unikal