MİNGƏÇEVİR, 18 may. TELEQRAF
Mingəçevirdə tut yığmaq üçün ağaca çıxan 58 yaşlı kişi yıxılaraq ölüb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Şəfa bağları" adlanan ərazisində olan fərdiyaşayış məskənində baş verib.
1967-ci il təvəllüdlü şəhər sakini Adıgözəlov Firdovsi İdris oğlu tut yığmaq üçün dırmaşdığıağacdan müvazinətini itirərək yerə çırpılıb. Aldığı zərbələr onun üçün ölümcül olub. Faktla bağlı araşdırma aparılır.