Gəncədə sakini bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərdə yerləşən restoranların birində baş verib. Şəhər sakini 1994-cü il təvəllüdlü Y.İbrahimov bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatırılıb. Ona yardım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, Y.İbrahimov restoranların birində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
TƏBİB-dən bildirilib ki, 16.05.2025-ci il tarixində saat 08:30 radələrində 1994-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sol budun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib.
Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov