EN

“Sabah” ölkə çempionatlarında 250-ci qolu buraxıb

“Sabah” ölkə çempionatlarında 250-ci qolu buraxıb.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 35-ci turuna təsadüf edib. “Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.

250-ci qol 2018-ci ildə premyer-liqada debüt edən “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.

Qeyd edək ki, “Zirə” – “Sabah” matçı 1:1 hesabı ilə başa çatıb.

Chosen
0
14
football-plus.az

10Sources