“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXV turuna təsadüf edib.
“Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.
250-ci qol 2018-ci ildə Premyer Liqada debüt edən “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.
Qeyd edək ki, “Zirə” – “Sabah” matçı 1:1 hesabı ilə başa çatıb.
Qurban Qurbanov: “Bu mövsüm mənim üçün faydalı oldu”
Azər Bağırov: “Güclünün tərəfində olmağa nə var ki?”
“Qarabağ” “Kəpəz”i məğlub etdi - YENİLƏNİB
Samir Abasov: “Məncə, artıq gecdir”
Elvin Məmmədov: “Oyunçuları matça kökləmək çətindir”