“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb.
Futbolpress.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXXV turuna təsadüf edib. “Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.
250-ci qol 2018-ci ildə Premyer Liqada debüt edən “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.
Qeyd edək ki, “Zirə” – “Sabah” matçı 1:1 hesabı ilə başa çatıb.