2024/2025-ci illər mövsümündə qeyri-sabit çıxışı ilə diqqət çəkən “Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
“Bayquşlar”ın üzüldüyü yubiley qol Azərbaycan Premyer Liqasının 35-ci turuna təsadüf edib. “Zirə” ilə səfər matçında buraxılan top 250-ci olub. Bu qola Georgi Papunaşvili imza atıb.
250-ci qol 2018-ci ildə Premyer Liqada debüt etmiş “Sabah”ın 211-ci görüşünə təsadüf edib. Bunlardan 120-si evdə, 130-u səfərdə buraxılıb.
Qeyd edək ki, Zirədə baş tutmuş qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.a