AZ

Durov Fransa kəşfiyyatını Telegram vasitəsilə təzyiqdə ittiham etdi

Telegram-ın yaradıcısı Pavel Durov Fransanın kəşfiyyat orqanlarını Şərqi Avropada, o cümlədən Ukrayna, Moldova və Rumıniyada geosiyasi məqsədlərlə platformadan istifadə etməyə cəhd göstərməkdə ittiham edib.

Durovun sözlərinə görə, Fransa xarici kəşfiyyat xidməti DGSE-nin nümayəndələri terrorçuluqda şübhəli bilinənlərin IP ünvanlarını istəsə də, əsl məqsədləri Rumıniyada prezident seçkiləri ərəfəsində mühafizəkar səsləri susdurmaq olub.

DGSE görüşlərin keçirildiyini təsdiqləyib və onların məqsədinin terrorizm və uşaq pornoqrafiyasına qarşı mübarizədə platformanın məsuliyyətini xatırlatmaq olduğunu bildirib. Qurum seçki proseslərinə müdaxilə iddialarını qətiyyətlə rədd edib.

Rumıniyada prezident seçkilərinin ikinci turu  mayın 18-də keçirilib.

Səsvermənin nəticələrinə görə, Avropayönlü namizəd Nikuşor Dan 53,62% səs toplayaraq qalib gəlib. Onun rəqibi, sağçı siyasətçi Corce Simion isə 46,38% səs qazanıb.

N.Təbrizli

Seçilən
0
12
anews.az

10Mənbələr