AZ

Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdini ifşa etdi…


“Telegram”ın qurucusu Pavel Durov Fransa kəşfiyyatının Rumıniyada prezident seçkilərinə müdaxilə cəhdinin üstünü açıb.

Durov deyib ki, Fransa xarici kəşfiyyat xidmətinin (DGSE) rəhbəri Nikolas Lerner ondan Rumıniyada seçkilər öncəsi mühafizəkar siyasətçilərin Telegram kanallarının bağlanmasını istəyib.

Durov bu tələbi Parisdəki Crillon otelində keçirilən görüşdə rədd etdiyini bildirib.

Mayın 18-də X sosial media platformasında bir paylaşımda “Rusiya, Belarus və ya İranda etirazçıları susdurmadıq, Avropada da bunu etməyəcəyik” deyən Durovun iddiaları Fransa Xarici İşlər Nazirliyi tərəfindən “saxta xəbər” adlandırılıb.

TAHİR

Seçilən
0
13
baki-xeber.com

10Mənbələr