AZ

Fransadan Telegram-a təzyiq: Durov “bombanı partlatdı” – Makronu belə İFŞA edib

Fransa Telegram vasitəsilə Rumıniya seçkilərinə qarışmaqda ittiham olunur 

Telegram-ın yaradıcısı Pavel Durov Fransanın kiberplatformalara təsir edərək Şərqi Avropa ölkələrində, o cümlədən Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə etməyə çalışdığını bəyan edib. Onun sözlərinə görə, Fransa xüsusi xidmət orqanlarının rəhbəri Nikolas Lerner bu ilin yazında Parisdə onunla görüşərək Rumıniya və digər ölkələrdəki mühafizəkar siyasi qüvvələrin səsini kəsməyi tələb edib.

KONKRET.az  xəbər verir ki, Durovun bu açıqlamaları Rumıniyada keçirilən prezident seçkiləri zamanı ortaya çıxıb. Bildirilir ki, Paris və Brüssel, ultrasağçı namizədlərin – xüsusilə milliyyətçi Corcesku və Simiounun – seçkilərdə irəliləyişindən narahat olaraq siyasi cəbhədə fəallıqlarını artırıb.

Telegram rəhbəri bildirib ki, bu tələblərə açıq şəkildə “yox” deyib: “Söz və seçki azadlığı ya var, ya da yoxdur. Rumıniya xalqı hər ikisinə layiqdir”. Onun sözlərinə görə, hökumət demokratik dəyərləri məhv edərək onları “qorumalı” deyil.

Fransa Xarici Kəşfiyyat İdarəsi (DGSE) Durovun ittihamlarını rədd edib və görüşün məqsədinin terror və uşaq istismarı ilə mübarizə məsələlərini müzakirə etmək olduğunu iddia edib. Lakin Durov bildirib ki, belə mövzular ümumiyyətlə gündəmdə olmayıb, məqsəd siyasi kanallara müdaxilə olub.

Amerikalı milyarder İlon Mask da Durovun mövqeyini dəstəkləyib: “Düzgün edib”, – deyə o, X platformasında qeyd edib.

Müşahidəçilər bu hadisəni Fransanın Avropada nüfuz dairəsini qorumaq cəhdlərinin bir parçası kimi qiymətləndirirlər. Rumıniyada ultrasağ qüvvələrin qələbəsi Avropa İttifaqında Fransa və onun tərəfdarlarının liderliyini təhlükəyə ata bilər. Bu səbəbdən, Makron hökumətinin seçkilərə təsir cəhdləri daha çox şəxsi ambisiyalar və geosiyasi narahatlıqlarla əlaqələndirilir.

Qeyd edək ki, bu arada Durov Fransanın Moldo­va və Ukraynadakı proseslərə də Telegram üzərindən müdaxilə etmək istədiyini bildirib. Onun sözlərinə görə, Paris bu platformadan geosiyasi alət kimi istifadə etməyə çalışır.

Seçilən
0
12
konkret.az

10Mənbələr