Misli Premyer Liqasında XXXV tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Səbail"i qəbul edib. Qonaqların növbəti mövsüm I Liqada mübarizə aparacağı dəqiqləşib.
Ötən tur "Turan Tovuz"u məğlub edən "ağ-qaralar" bu görüşdən də qələbə ilə ayrılaraq ardıcıl 2-ci qalibiyyətini əldə edib.
"Neftçi" rəqibini 3 cavabsız topla məğlub edib.
18 may (bazar)
17:00 "Neftçi" – "Səbail" 3:0 (ikinci hissə)
Qollar: Dembo Darbo, 1, Ağadadaş Salyanski, 26, Aleks Fernandes, 80
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
“Neftçi Arena”