Misli Premyer Liqasında XXXV tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Səbail"i qəbul edib.

Ötən tur "Turan Tovuz"u məğlub edən "ağ-qaralar" bu görüşdən də qələbə ilə ayrılaraq ardıcıl 2-ci qalibiyyətini əldə edib.

"Neftçi" rəqibini 3 cavabsız topla məğlub edib.

"Flaqman" 43 xalla 6-cı yerdədir. 22 xalla sonuncu yerdə olan "Səbail"in isə növbəti mövsüm I Liqada çıxış edəcəyi dəqiqləşib.

18 may (bazar)

17:00 "Neftçi" – "Səbail" 3:0 

Qollar: Dembo Darbo, 1, Ağadadaş Salyanski, 26, Aleks Fernandes, 80

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Elman Musayev

“Neftçi Arena”