Misli Premyer Liqasının XXXV turunun hakim təyinatları müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, "Sumqayıt" - "Turan Tovuz" qarşılaşması Tural Qurbanova, "Zirə" – "Sabah" matçı isə Elçin Məsiyevə həvalə olunub. "Şamaxı" – "Araz-Naxçıvan" oyununu İnqilab Məmmədov idarə edəcək.

Neftçi"nin "Səbail"ə qarşı ev oyununun baş hakimi Nicat İsmayıllı olacaq. Bu turda doğma meydanda kubokuna qovuşacaq "Qarabağ"ın "Kəpəz"lə qarşılaşması isə Rəvan Həmzəzadəyə tapşırılıb.

Misli Premyer Liqası, XXXV tur

17 may (şənbə)

"Sumqayıt" – "Turan Tovuz"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov

VAR: Fərid Hacıyev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00

"Zirə" – "Sabah"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Əliyar Ağayev

AVAR: Kamran Əliyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Zirə İdman Kompleksinin stadionu, 17:00

"Şamaxı" – "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Şamaxı şəhər stadionu, 17:00

18 may (bazar)

"Neftçi" – "Səbail" 

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Elman Musayev

“Neftçi Arena”, 17:00

"Qarabağ"– "Kəpəz" 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov

VAR: Rəşad Əhmədov 

AVAR: Əli Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Azersun Arena”, 19:00