Bu gün Misli Premyer Liqasında XXXIV tura start verilib.
Offsideplus.az xəbər verir ki, günün yeganə qarşılaşması Masazır qəsəbəsində oynanılıb. "Sabah" evdə "Şamaxı"nı 3:1 hesablı məğlubiyyətə uğradıb.
9 may
“Sabah” – “Şamaxı” 3:1
Qollar: İqor Noqeyra, 12; 72. Pavol Şafranko, 90+3 - Leroy Mikels, 26.
Bank Respublika Arena. Saat 19:00
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev