RU

Sumqayıtda partlayış: Xəsarət alanların adları məlum oldu

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan 1984-cü il təvəllüdlü Oqtay Bəşirov və 1976-cı il təvəllüdlü Nahid Behbudov da var.

Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.

Çilingər işləyən 1979-cu il təvəllüdlü Təbriz Salahovun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Bundan əlavə, 1963-cü il təvəllüdlü İlham Muxtarov və 1984-cü il təvəllüdlü Ramiz Əzimov üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.


Telegram kanalımız
Избранный
0
8
yenisabah.az

9Источники