AZ

Sumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi AÇIQLANDI

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib.
 


Sfera.az xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan 1984-cü il təvəllüdlü Bəşirov Oqtay Əli oğlu və 1976-cı il təvəllüdlü Behbudov Nahid Qürbət oğlu da var.

 

Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.

 


Çilingər işləyən 1979-cu il təvəllüdlü Salahov Təbriz İnqilab oğlunun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.


Bundan əlavə, 1963-cü il təvəllüdlü Muxtarov İlham Muxtar oğlu və 1984-cü il təvəllüdlü Əzimov Ramiz Çaparxan oğlu üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.
 

Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər. (Report.az)

Seçilən
0
7
sfera.az

9Mənbələr