AZ

Sumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi məlum olubYENİLƏNİB

Sumqayıt şəhərində baş verən partlayış nəticəsində xəsarət alan şəxslərin kimlikləri müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan 1984-cü il təvəllüdlü Bəşirov Oqtay Əli oğlu və 1976-cı il təvəllüdlü Behbudov Nahid Qürbət oğlu da var.

Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.

Çilingər işləyən 1979-cu il təvəllüdlü Salahov Təbriz İnqilab oğlunun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.

Bundan əlavə, 1963-cü il təvəllüdlü Muxtarov İlham Muxtar oğlu və 1984-cü il təvəllüdlü Əzimov Ramiz Çaparxan oğlu üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.

13:40

14:06

Sumqayıt şəhərində baş verən partlayış səbəbilə mayın 20-də saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

 Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır", - məlumatda deyilir.

Qeyd edək ki, Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. 

Hadisənin şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində baş verdiyi bildirilir.

Seçilən
0
7
xezerxeber.az

9Mənbələr