RU

Keçmiş məcburi köçkün: Doğma elimə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

“Ağdam və kəndimiz çox gözəl idi, orada xoşbəxt günlərimiz olub”.

“Report” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Hacıyeva Səkinə söyləyib.

O, məcburi köçkün düşdüyü günləri ağrı-acı ilə xatırlayıb: “Ermənilər kəndə gecə daxil oldular və biz qaça-qaça, çox pis vəziyyətdə doğma torpaqlarımızı tərk etdik. Güc ilə Bakıya gəlib çatdıq. İllər sonra kəndimizin işğaldan azad edilməsi xəbərini eşidəndə qaldığımız zavodda sevincimdən həyəcan keçirdim. Doğma elimə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Allah bizim üçün bu sevinc hissini əbədi etsin”.

Keçmiş məcburi köçkün şəhidlərə Allahdan rəhmət diləyib, dövlətimizə, Azərbaycan Prezidentinə, torpaqlarımızın azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib.

Избранный
0
1
report.az

2Источники