AZ

Keçmiş məcburi köçkün: Doğma elimə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

“Ağdam və kəndimiz çox gözəl idi, orada xoşbəxt günlərimiz olub”.
 
Bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Hacıyeva Səkinə söyləyib.
 
O, məcburi köçkün düşdüyü günləri ağrı-acı ilə xatırlayıb: “Ermənilər kəndə gecə daxil oldular və biz qaça-qaça, çox pis vəziyyətdə doğma torpaqlarımızı tərk etdik. Güc ilə Bakıya gəlib çatdıq. İllər sonra kəndimizin işğaldan azad edilməsi xəbərini eşidəndə sevincimdən həyəcan keçirdim. Doğma elimə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur. Allah bizim üçün bu sevinc hissini əbədi etsin”.
 
Keçmiş məcburi köçkün şəhidlərə Allahdan rəhmət diləyib, dövlətimizə, Azərbaycan Prezidentinə, torpaqlarımızın azad edilməsində əməyi olan hər kəsə təşəkkür edib.
Seçilən
0
1
moderator.az

2Mənbələr