RU

Bayden aşkarlanan xərçəng nə qədər təhlükəlidir?

ABŞ-ın sabiq prezidenti Co Baydenə aqressiv prostat xərçəngi diaqnozu qoyulub.

Modern.az xəbər verir ki, xəstəlik artıq onun sümüklərinə də yayılıb.

82 yaşlı Bayden keçən həftə sidiyində müşahidə olunan bəzi əlamətlər səbəbilə həkimə müraciət edib və bu zaman xərçəngin mövcudluğu aşkarlanıb.

Yayılan rəsmi açıqlamada bildirilib ki, xəstəlik hormonlara həssas formadadır və bu da müalicənin idarəolunan ola biləcəyini göstərir. Bayden və ailəsinin hal-hazırda müxtəlif müalicə variantlarını araşdırdığı qeyd olunur.

Baydenə diaqnoz qoyulduqdan sonra həm ölkə daxilindən, həm də xaricdən dəstək mesajları gəlib. ABŞ Prezidenti Donald Tramp özünə məxsus "Truth Social" platformasında Bayden və ailəsinə "ən səmimi arzularını" çatdırıb. Tramp paylaşımında həm özünün, həm də həyat yoldaşı Melania Trampın bu xəbərə kədərləndiklərini yazıb.

Qeyd edək ki, diaqnoz Baydenin yaş və sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqlar səbəbilə ötən il prezident seçkisindən çəkilməsindən təxminən bir il sonra açıqlanıb. Ağ Evdən ayrıldıqdan sonra Bayden nadir hallarda ictimaiyyət qarşısında görünüb.

Klivlend Klinikasının məlumatına görə, prostat xərçəngi kişilər arasında dəri xərçəngindən sonra ikinci ən çox rast gəlinən xərçəng növüdür. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) hər 100 kişidən 13-nün həyatlarının müəyyən mərhələsində bu xərçəngə tutulduğunu bildirir. Ən əsas risk faktoru isə yaşdır. 

Amerika Xərçəng Cəmiyyətinin baş elmi məsləhətçisi və prostat xərçəngi üzrə mütəxəssis Uilyam Dahut BBC-yə açıqlamasında bildirib ki,  xərçəng sümüklərə yayıldıqda bu, artıq sağalan bir mərhələ hesab olunmur.

Bununla belə, o qeyd edib ki, xəstələrin əksəriyyəti ilkin müalicəyə müsbət cavab verir və "insanlar bu xəstəliklə illərlə yaşaya bilərlər".

Qeyd edək ki, Co Bayden illərdir xərçəng araşdırmalarını dəstəkləyən fəaliyyətləri ilə tanınır. 2022-ci ildə o və həyat yoldaşı Cill Bayden 2047-ci ilə qədər dörd milyon insanın xərçəngdən ölümünün qarşısını almağı hədəfləyən bir proqram başladıblar. Baydenin böyük oğlu Beau Bayden 2015-ci ildə beyin xərçəngi səbəbilə vəfat edib.

Избранный
0
18
modern.az

10Источники