AZ

Co Baydenə xərçəng diaqnozu

Co Baydenin ofisi keçmiş prezidentə prostat xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb. Diaqnozun sümüklərə metastaz vermiş (yayılmış) “aqressiv prostat xərçəngi” olduğu deyilir.

Açıqlamada deyilir ki, 82 yaşlı Bayden cümə günü sidik ifrazı simptomları hiss etdikdən sonra prostat xərçəngi diaqnozu qoyulub. Bayden və ailəsinin həkimlərlə müalicə variantlarını nəzərdən keçirdiyi də bildirilib.

“Bu, xəstəliyin daha aqressiv formasını təmsil etsə də, xərçəng hormonlara həssas görünür. Bu, effektiv müalicəni mümkün edir”, – bəyanatda deyilir.

***

Co Bayden 2021-2025-ci illər arasında ABŞ prezidenti vəzifəsində çalışıb və səlahiyyət müddəti ərzində onun sağlamlıq vəziyyəti zaman-zaman ictimaiyyətin gündəmində olub.

Digər tərəfdən, Bayden 2020-ci il seçkilərində seçilərkən prezidentliyi qazanan ən yaşlı şəxs kimi tarixə düşdü.

Lakin son seçkidə 78 yaşlı Donald Tramp Kamala Harrisi keçməklə bu rekordu yenilədi.

Seçilən
0
2
vaxt.az

10Mənbələr