Misli Premyer Liqasında XXXV tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Səbail"i qəbul edəcək. Qonaqların növbəti mövsüm I Liqada mübarizə aparacağı dəqiqləşib.

Ötən tur "Turan Tovuz"u məğlub edən "ağ-qaralar" bu görüşdə də qələbə qazanaraq mövsümü major notlarla bitirmək istəyir.

Matçın qollarını, maraqlı anlarını saytımız vasitəsilə izləyə bilərsiniz.

18 may (bazar)

17:00 "Neftçi" – "Səbail" 3:0 (ikinci hissə)

Qollar: Dembo Darbo, 1, Ağadadaş Salyanski, 26, Aleks Fernandes, 80

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

VAR: Cavid Cəlilov

AVAR: Elvin Bayramov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Elman Musayev

“Neftçi Arena”