"Ermənistan Rusiya hərbi bazasının öz ərazisindən çıxarılmasını müzakirə etmir".
Missiya.Az "TASS"-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Belə bir şey yoxdur, Ermənistan bu gün Rusiya hərbi bazasının çıxarılması imkanını müzakirə etmir”, - o deyib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin üzvü Tiqran Abramyan bəyan etmişdi ki, İrəvan və Bakı Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsini razılaşdıra bilər.
Nurlana ƏhmədovaMissiya.Az