Ermənistan Respublikası Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsini müzakirə etmir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Respublikası Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
“Bu absurddur, belə bir şey müzakirə olunmur”, - deyə Alen Simonyan bildirib.