Bakı sakini Demyan Vladimiroviç ev alarkən aldadıldığını iddia edir.
Xezerxeber.az-ın məlumatına görə, o, ev almaq üçün 8500 manat pul verib.
Özünü rieltor kimi təqdim edən şəxs isə pulu aldıqdan sonra yoxa çıxıb.
Şikayətçinin sözlərinə görə, saytda gördüyü elan vasitəsilə İsmayıl Əsgərov ad-soyadlı rieltorla əlaqə saxlayıb. Həmin şəxs isə Demyanı ev sahibi olduğu bildirilən Mübariz Həsənovla tanış edib.
Şikayətçi deyir ki, pulu verdikdən sonra məlum olub ki, evin sahibi başqa adamdır.
Çünki o, əldə etdiyi evin damını təmir edən zaman başqa bir şəxs həmin evin ona məxsus olduğunu deyib.
Sonradan evin damına çəkilən xərc geri qaytarılsa da, rieltorlara verilən 8500 manatı almaq mümkün olmayıb. Məsələ ilə bağlı zərərçəkən polisə də müraciət edib. Adıçəkilən şəxslərlə biz də əlaqə yaratmağa çalışdıq. Lakin onların telefon nömrələrinə zəng çatmadı.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.