AZ

Başqasının evini satıb aradan çıxdılar: O, aldadıldığını İDDİA EDİR

Bakı sakini Demyan Vladimiroviç ev alarkən aldadıldığını iddia edir.

Publika.az "Xəzər" TV-yə istinadən məlumat verir ki o, ev almaq üçün 8 500 manat pul verib.

Özünü rieltor kimi təqdim edən şəxs isə pulu aldıqdan sonra yoxa çıxıb.

Şikayətçinin sözlərinə görə, saytda gördüyü elan vasitəsilə İsmayıl Əsgərov ad-soyadlı rieltorla əlaqə saxlayıb. Həmin şəxs isə Demyanı ev sahibi olduğu bildirilən Mübariz Həsənovla tanış edib.

Şikayətçi bildirib ki, pulu verdikdən sonra məlum olub ki, evin sahibi başqa adamdır. Çünki o, əldə etdiyi evin damını təmir edən zaman başqa bir şəxs həmin evin ona məxsus olduğunu deyib.

Seçilən
0
6
publika.az

7Mənbələr