EN

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etməyə razıdır

İsrail hökuməti Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə razılaşıb. Bu barədə ABŞ-ın dəstəyi ilə yaradılmış yeni Qəzza Humanitar Fondunun (GHF) bəyanatına istinadən Axios məlumat yayıb.

Nəşrin məlumatına görə, GHF mayın sonunda Qəzza zolağında fəaliyyətə başlayacaq. Axios əlavə etdi ki, fond İsraildən GHF infrastrukturu tam işə düşənə qədər humanitar yardımın çatdırılmasını təmin etməsini istəyib. İsrail həmçinin Qəzzanın şimalında yardım paylama məntəqələri üçün yerləri müəyyən etməlidir.

Martın 18-də İsrail ordusu iki aylıq fasilədən sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa edib. Aprel ayında ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə münaqişənin inkişafını müzakirə edib. Eyni zamanda ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff bir plan təklif etdi: girovların azad edilməsi müqabilində atəşkəsin uzadılması. İsrail təşəbbüsü dəstəklədi, lakin HƏMAS bunu rədd etdi, bundan sonra İDF Fələstində əməliyyatını gücləndirdi.

Əziz Mustafa, Oxuməni.az

Chosen
0
5
oxumeni.az

7Sources