İsrailin təhlükəsizlik kabineti Qəzza zolağına mövcud kanallar vasitəsilə humanitar yardımın çatdırılmasını dərhal bərpa etmək qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid İsrailin yüksək vəzifəli rəsmilərinə istinadən xəbər verir ki,
“Bazar günü İsrail Təhlükəsizlik Kabineti yeni humanitar yardımın çatdırılması mexanizmi işə düşənə qədər mövcud kanallar vasitəsilə Qəzzaya humanitar yardımın çatdırılmasını dərhal bərpa etmək qərarına gəlib”, – jurnalist X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, mart ayında İsrail bölgəyə humanitar yardım nəqlini dayandırmışdı.