
İsrail cari ilin mart ayından bəri ilk dəfə Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə razılaşıb.
Reyting.az xəbər verir ki, bu barədə “Axios” portalı Amerika Humanitar Fondunun (AHF) Tel-Əvivə göndərdiyi məktubuna istinadla məlumat yayıb.
“İsrail hökuməti fələstinlilərə humanitar yardımın çatdırılmasını bərpa etməyə razılaşıb. AHF yəhudi dövlətinin hakimiyyət orqanlarına müraciət edərək, onlardan Qəzzadakıanklavlara humanitar yardımın çatdırılmasını asanlaşdırmağı xahiş etmişdi”, - portal yazıb.
E. KAMAL