EN

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etməyə razılaşıb

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etməyə razılaşıb

İsrail hökuməti Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə razılaşıb.Bu barədə "Axios" portalı məlumat yayıb.Humanitar yardımın çatdırılmasının bərpası ABŞ və İsrailin dəstəyi ilə yaradılan yeni Qəzza Humanitar Fondunun (GHF) əsas şərtidi. İsraillilər hesab edirlər ki, bu fond yardımların radikal HƏMAS hərəkatının nəzarəti olmadan çatdırılmasına imkan verəcək.GHF artıq ayın sonuna kimi Qəzzada fəaliyyətə başlayacağını açıqlayıb."İdeal şəraiti gözləməyə vaxt yoxdur. Bunu etmək öhdəliyimiz var. Bu gün biz bunu etməyə bir addım daha yaxınıq", - GHF-nin İcraçı Direktoru Ceyk Vud bildirib.

Chosen
0
2
afn.az

4Sources