
Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalov vəfat edib.

E-saglam.az xəbər verir ki, Sevinc Zeynalova 1970-ci ildə anadan olub. 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.
1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçib. 1996-cı ildən etibarən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışıb.
Allah rəhmət etsin!