AZ

Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)

Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalova vəfat edib.

7News.Az aztibb.az-a istinadən xəbər verir ki, o, 54 yaşında dünyasını dəyişib.

Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçib.

O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışıb.
 
 
 
 


Seçilən
601
28
7news.az

10Mənbələr