Demokrat.az xəbər verir ki, hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslər arasında qaynaqçı kimi çalışan 1984-cü il təvəllüdlü Bəşirov Oqtay Əli oğlu və 1976-cı il təvəllüdlü Behbudov Nahid Qürbət oğlu da var.
Hər iki şəxs gövdə və sol aşağı ətraf nahiyələrindən 1-ci, 2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alıblar.
Çilingər işləyən 1979-cu il təvəllüdlü Salahov Təbriz İnqilab oğlunun isə üzünün sağ yarısı və sol ayağı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb.
Bundan əlavə, 1963-cü il təvəllüdlü Muxtarov İlham Muxtar oğlu və 1984-cü il təvəllüdlü Əzimov Ramiz Çaparxan oğlu üz və boyun nahiyələrindən 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.
Yaralılar Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Onlardan vəziyyəti ağır qiymətləndirilən Oqtay Bəşirov, Nahid Behbudov və Təbriz Salahov Bakı şəhərində yerləşən 5 saylı xəstəxananın yanıq şöbəsinə köçürülüblər.
***13:40
Sumqayıt şəhərində baş verən partlayış səbəbilə 20.05.2025-ci il tarixində saat 12:20 radələrində 5 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 3 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Digər 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.
****12:59
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
9Mənbələr
-
azadmedia.azSumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB » AzadMedia.az ( 17460905)
-
sfera.azSumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi AÇIQLANDI ( 17460515)
-
demokrat.azSumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi məlum olub — YENİLƏNİB ( 17460179)
-
yenisabah.azSumqayıtda partlayış: Xəsarət alanların adları məlum oldu ( 17460050)
-
azadmedia.azSumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB » AzadMedia.az ( 17459942)
-
sitat.infoSumqayıtda partlayışda yaralananların kimliyi bilindi ( 17459840)
-
bizim.mediaSumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi AÇIQLANDI ( 17459849)
-
xezerxeber.azSumqayıtda baş verən partlayışda xəsarət alanların kimliyi məlum olubYENİLƏNİB ( 17459696)
-
turkustan.azSumqayıtda zavodda partlayış: 5 nəfər xəsarət aldı ( 17459555)