AZ

Nazir müavini: Rusiya Azərbaycanda sənaye parkının fəaliyyətə başlamasına ümid edir

BAKI, 12 may. TELEQRAF

Rusiya Sənaye və Ticarət Nazirliyi 2025-ci ildə Azərbaycanda sənaye parkının fəaliyyətə başlamasına ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov bildirib.

Nazir müavini deyib: “Bu il biz Azərbaycanda, Sumqayıt şəhərində sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir”.

Seçilən
0
3
teleqraf.com

2Mənbələr