BAKI, 12 may. TELEQRAF
Rusiya Sənaye və Ticarət Nazirliyi 2025-ci ildə Azərbaycanda sənaye parkının fəaliyyətə başlamasına ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov bildirib.
Nazir müavini deyib: “Bu il biz Azərbaycanda, Sumqayıt şəhərində sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir”.