“Barselona”nın ispaniyalı vingeri Ansu Fati yaxın günlərdə “Monako”ya icarə əsasında keçəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun nümayəndələri Fati ilə bütün şəxsi müqavilə şərtlərində razılıq əldə ediblər.
Hazırda danışıqlar “Monako” və “Barselona” arasında davam edir. Tərəflər icarə müddəti başa çatdıqdan sonra mümkün tam transferin şərtlərini dəqiqləşdirirlər.
22 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 11 oyunda iştirak edib.