“Barselona”nın hücumçusu Ansu Fati Fransa çempionatına transfer olunur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Monako”ya keçməyə razılıq verib.
Hazırda tərəflər ispaniyalı forvardın icarəyə verilməsi və sonradan transfer hüququnun alınması ilə bağlı danışıqlar aparır.
Fatinin hazırkı dəyəri 5 milyon avro təşkil edir. O, ötən mövsüm “Barselona”nın heyətində 11 oyunda iştirak etsə də, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.