AZ

Barselona” Yamalla 6 illik müqavilə BAĞLADI - FOTO

Lamine Yamal və “Barselona” altı illik yeni müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, 17 yaşlı cinah hücumçu ilə “Barselona” arasında yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Yamal bu gün klubun ofisində sənədləri “Barselona”nın prezidenti Joan Laporta, birinci vitse-prezident Rafa Yuste və idman direktoru Dekonun iştirakı ilə imzalayıb.
 

Lamin 2023-cü ildə Kataloniya klubunun əsas komandasında debüt edib. O vaxtdan bəri “Barselona”nın heyətində 106 oyuna çıxan futbolçu 25 qol vurub, 34 qol ötürməsi (assist) edib.


Gənc futbolçu artıq komandanın əsas oyunçularından biri sayılır.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
27
bizim.media

10Mənbələr