AZ

"Barselona" Lamin Yamal ilə bağlı

"Barselona" klubu gənc ulduz Lamin Yamal ilə yeni müqavilə imzaladığını açıqlayıb. Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Yamal 30 iyun 2031-ə qədər "blauqrana" formasını geyinməyə davam edəcək.7 yaşında "La Masia" akademiyasına qatılan Yamal, 15 yaşında – 29 aprel 2023-də ilk dəfə əsas komanda ilə meydana çıxmışdı. Klub onun gənc yaşına baxmayaraq bu mövsüm La Liqa, Kral Kuboku və Superkubokdakı uğurlarda əsas rollardan birini oynadığını vurğulayıb. Rəsmi açıqlamada, "O, yalnız istedadlı deyil, həm də məqsədyönlü bir oyunçudur" ifadələri yer alıb.Qeyd edək ki, 106 oyunda "Barselona" forması geyinən Yamal klub və İspaniya futbolu tarixində ən gənc qol müəllifi və 100-dən çox oyun keçirən ən gənc futbolçu kimi bir çox rekorda imza atıb. Bu mövsüm 55 oyuna çıxaraq 18 qol və 22 assistlə yadda qalıb.

İspaniyanın “El País” qəzeti isə Yamalın "Barselona" heyətindəki ən yaxşı futbolçu olduğunu və yeni müqavilə ilə illik 15 milyon avro gəlir əldə edəcəyini iddia edib. Yamalın 13 iyulda 18 yaşı olacaq.

Seçilən
0
27
metbuat.az

10Mənbələr