AZ

Bank kartı məlumatlarınızı digər şəxslərlə paylaşmayın - DİQQƏT

Bank kartlarından oğurluqlar davam edir. Buna görə də bank kartı məlumatlarını digər şəxslərlə paylaşmaq olmaz. Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. 

Məlumatı DİN-dən veriblər. 

Mayın 21-də ayrı-ayrı vətəndaşların bank kartlarından 6300, 4700, 2766, 2167, 1056, 1000, 624, 600, 450, 387, 300, 170, 100 manat pul vəsaitləri müxtəlif kiber üsulla oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalı, belə zənqlər dərhal bloklanmalıdır.

P.ƏMİRCANOV
XQ

Seçilən
0
35
xalqqazeti.az

9Mənbələr