Daxili İşlər Nazirliyi şənbə və bazar günləri ərzində bank kartlarından edilən oğurluqlarla bağlı məlumat yayıb.
Tribunainfo.az xəbər verir ki, DİN rəsmisi Elşad Hacıyev bildirib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. E.Hacıyev əlavə edib ki, bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar:
“Mayın 17-də və 18-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.
Nigar İxtiyarqızı