AZ

Həftəsonu bank kartlarından 16 min manata yaxın pul oğurlanıb

Finss.az - Daxili İşlər Nazirliyi (DİN) xəbər verir ki, mayın 17 və 18-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla ümumilikdə 16 min manata yaxın pul oğurlanıb.

Məlumatda bildirilir ki, bank kartının üzərindəki CVV/CVC kodları və SMS vasitəsilə göndərilən OTP kodları məxfi hesab olunur və bu məlumatların naməlum şəxslərə verilməsi ciddi maliyyə itkilərinə səbəb ola bilər.

Xüsusilə, mayın 17-18-də kiberhücum nəticəsində aşağıdakı məbləğlərdə pul vəsaitləri oğurlanıb: 9800, 1586, 1012, 999, 850, 790, 210, 200, 170, 73, 40 və 40 manat.

DİN vətəndaşlara şübhəli zənglər və mesajlarda təklif olunan cəlbedici qazanc, sığorta, viza işləri və bank hesablarının möhkəmləndirilməsi kimi məsələlərə diqqətlə yanaşmağı, naməlum zəng və mesajlara cavab verməməyi və dərhal belə əlaqələri bloklamağı tövsiyə edir.

Seçilən
0
2
fins.az

10Mənbələr