Serbiya millisinin üzvü Duşan Vlahoviç yayda klubunu dəyişəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Yuventus”u tərk etmək üzrədir. 25 yaşlı hücumçu klubun planlarına daxil deyil. Vlahoviçin “Yuventus”la müqavilə müddəti 2026-cı ilin yayında başa çatır.
Bu mövsüm Duşan 40 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.