EN

Serbiya millisinin üzvü “Yuventus”dan gedir

Serbiya millisinin üzvü Duşan Vlahoviç yayda klubunu dəyişəcək.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu  “Yuventus”u tərk etmək üzrədir. 25 yaşlı hücumçu klubun planlarına daxil deyil. Vlahoviçin “Yuventus”la müqavilə müddəti 2026-cı ilin yayında başa çatır.

Bu mövsüm Duşan 40 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Chosen
0
idmanxeber.az

1Sources