Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində “Toyota” aşıb. Qəza zamanı avtobusa da ziyan dəyib.
Xəsarət alanlar barədə məlumat yoxdur.
***
“BakuBus” MMC-dən saytımıza bildirilib ki, bu gün saat 06:40 radələrində MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JO-206 dövlət qeydiyyat nişanlı avtobusda Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtobusun sürücüsü Kamal Kərimovun verdiyi ilkin məlumata əsasən, baş yol ilə hərəkətdə olarkən qarşısına qəfil minik avtomobili çıxıb və nəticədə toqquşma baş verib. Qəza baş verdiyi zaman avtobusda sərnişin olmayıb.
Hadisədə iştirak edən digər nəqliyyat vasitəsi 77-CM-508 dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin olub, lakin xəsarət alan qeydə alınmayıb. Avtobusun sürücüsü qol nahiyəsindən yüngül bədən xəsarəti alıb.
Baş vermiş hadisə barədə aidiyyəti dövlət qurumlarına dərhal məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Görüntüləri təqdim edirik: