AZ

“BakıBus” avtobusu ilə toqquşan maşın aşdı – VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az baku.vs-ə istinadla xəbər verir ki, “BakuBus”a məxsus sərnişin avtobusu ilə “Toyota” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində “Toyota” markalı avtomobil aşıb. Qəza zamanı avtobusa da ziyan dəyib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik:

Seçilən
0
3
konkret.az

10Mənbələr