"Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını "Real Madrid"də davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Football Insider"a istinadən xəbər verir ki, "Real"ın yeni meneceri Xabi Alonso "Liverpul" ilə danışıqlara başlayacaq.
26 yaşlı argentinalı bu mövsüm bütün turnirlərdə 49 matçda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Makallisterin "Liverpul" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
"Transfermarkt" mütəxəssisləri futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.