RU

Alonso Makallisteri "Real"a transfer edə bilər

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını "Real Madrid"də davam etdirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Football Insider"a istinadən xəbər verir ki, "Real"ın yeni meneceri Xabi Alonso "Liverpul" ilə danışıqlara başlayacaq.

26 yaşlı argentinalı bu mövsüm bütün turnirlərdə 49 matçda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Makallisterin "Liverpul" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

"Transfermarkt" mütəxəssisləri futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.

Избранный
0
operativmm.az

1Источники