AZ

Bakıda bir nəfər 9 ədəd qaşıq uddu

Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

Sherg.az Modern.az-a istinadən xəbər verir ki, saat 01:00 radələrində 3 saylı şəhər klinik xəstəxanasına təcili tibbi yardım üçün müraciət olunub.

İlkin məlumata görə, xəstə bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib. Nəhayət, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır.
Seçilən
0
30
sherg.az

10Mənbələr